Türkiyə şokdadır: ana övladını internetdə satdı

DÜNYA
19:15 06.11.2013
1775

Təhlükəsizlik kamerasının çəkdiyi bu görüntülər Türkiyəni şoka salıb. Ölkədə qanunsuz miqrant kimi yaşayan türkmən qadın nikahdankənar əlaqə nəticəsində doğduğu uşağını internetdə satışa çıxarıb. O, övladını türk əsilli Almaniya vətəndaşı olan qadına satarkən kameralara düşüb.

Milli.Az Akşam-a istinadən bildirir ki, türkmən qadın 4 aylıq uşağını hava limanının ayaqyolunda müştəriyə təhvil verib.

Polisdən verilən məlumata görə, Türkmənistan vətəndaşı olan və Türkiyədə qanunsuz miqrant kimi yaşayan 22 yaşlıDinarə A.uşağını internetdə satışa çıxarmışdı. O, bir müddət sonra Almaniyada yaşayan türk əsilliN.B.ilə sövdələşməyə başlayır. Sövdələşmədə Dinarənin anasıSafiyədə iştirak edirdi.

Sövdələşmə razılaşma ilə başa çatıb və N.B. uşağı almaq üçün İstanbula yollanıb.

Türkmən ana və qızı da uşağı sövdələşdikləri müştəriyə təhvil verib pulu almaq üçün İstanbuldakı Sabiha Gökçen hava limanına gediblər.

Onlar N.B. ilə görüşüblər, danışıblar. Dinarənin anası Safiyə A. uşaq qucağında ayaqyoluna girib, N.B. da onu təqib edib. Bir qədər sonra isə N.B. həmin uşağı qucağında tutaraq ayaqyolundan çıxıb.

Lakin N.B. uşağı təyyarəyə apara bilməyəcəyini, Türkiyədən çıxara bilməyəcəyini anlayanda geri qayıdıb.

Safiyə və N.B. uşağı ayaqyolunda qoyaraq çıxıblar.

N.B. bir qədər sonra polisə zəng vurub, ayaqyolunda sahibsiz uşaq olduğunu deyib.

"Bu uşağı rəsmi nikahda doğmamışam. Onu istəmirdim. Üstəlik, saxlaya bilməzdim. Uşağımı 1000 lirəyə satmaq qərarına gəldim. İndi peşmanam, övladımı istəyirəm", - Dinarə polisdə verdiyi ifadəsində bildirib.

N.B. ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, Dinarəyə "maddi yardım" etdiyini söyləyib.

Dinarə və anası Safiyə Türkiyədən Türkmənistana deportasiya olunublar.

OXŞAR XƏBƏRLƏR