Bu günlərdə Azərbaycana gəlib, ilk görüşünü media nümayəndələri ilə keçirən müğənni Rəqsanə İsmayılova, söhbətini yaradıcılıq xəbərləri üzərində quraraq, 2 saat ərzində bu mövzuda danışdı.AZXEBER.COM-un məlumatına görə, öncə Türkiyə layihəsindən danışan Rəqsanə xanım “öldü var, döndü yox” prinsipi ilə, Türkiyə şou-biznesində tanınacağına çalışdığını dedi.
“Böyük komanda ilə çalışıram. Buradan Türkiyəyə qayıdıb, Murad Küçüyün rejissorluğu ilə klip çəkilişinə başlayacam. Fotosessiyam hazırdır. Albomu da hazır hesab etmək olar. Bura daxil olan mahnıların hamısı öz bəstəmdir. Ölkəmdə “Bivəfa” mahnısı ilə tanındım. Türkiyədə də bu mahnı ilə ictimaiyyətə təqdim olunacam. Amma türkiyəlilər sözləri aydın başa düşsün deyə, mahnı öz dillərinə tərcümə edilib. Aranjeman dəyişib. Bundan başqa məhşur xalq mahnısı “Sarı gəlin”i səsləndirmişəm. Tezliklə bunu da eşidəcəksiniz” – deyən sənətçi qarşıdakı növbəti plananına konsert proqramını daxil edib.
Sentyabr ayına nəzərdə tutulan konsert proqramının ssenarisi rəngarəng olacaq. Bundan öncə isə o, qızı Aysunun moda sərgisini təşkil edəcək. Uzun müddətdir Moskvada modelyer peşəsi üzrə təkminləşən Aysun sərgi üçün 40 paltar hazır edib. Ümumilikdə 101 sayda olacaq geyimləri peşəkarlardan ibarət modellər geyinəcəklər. Sənətçi həmin gün müxtəlif ölkələrdən qonaqlarının olacağını da bildirib.
“Türkiyə, Moskva, Ukraynadan tanınmış qonaqlarımız olacaq. Tədbir dəbdəbəli otellərin birində təşkil olunacaq. Bu işdə mənə peşəkar təşkilatçı, prodüser Tolik yardımçı olacaq” – deyən Rəqsanə bütün bu sözləri jurnalistlər üçün təşkil etdiyi ziyafətdən sonra çay süfrəsi arxasında etdi.
O, Azərbaycanda olmadığı müddətdə barəsində həbs tədbiri seçilməsi barədə də, uzun danışmadı. Bildirdi ki, onun Bakıya gəlməsi və başqa ölkələrə rahat şəkildə səfər etməsi, həmin xəbərləri kökündən yalan olduğunu göstərib.