Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib

Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
İDMAN
23:44 11.10.2026
128
Türkiyə Super Liqasında VII turun növbəti oyunları keçirilib.

"Beşiktaş” doğma meydanda "Kocaelispor”u qəbul edib.

İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Orkun Kökçü hesabı açıb. Qonaqlardan Şou 27-ci dəqiqədə bərabərliyi təmin etsə də, 31-ci dəqiqədə Duşan Vlahoviç penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

Günün digər qarşılaşmasında "Çorum” səfərdə "Qaziantep”i 3:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində 37-ci dəqiqədə Cengiz Ünder, 60-cı dəqiqədə Kiziridis və 83-cü dəqiqədə Karlsbakk fərqləniblər.

"Konyaspor” – "Başakşəhər” görüşündə isə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qalatasaray” "Kasımpaşa”nı 3:1, "Fənərbaxça” "Rizespor”u, "Trabzonspor” isə "Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR