Türkiyə Superliqası: "Beşiktaş" qələbəni son anda qazandı

Türkiyə Superliqası: "Beşiktaş" qələbəni son anda qazandı
İDMAN
23:36 19.01.2026
722
Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.

AZXEBER.COM xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutub.

"Konyaspor” doğma meydanda "Eyüpspor”u qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

"Beşiktaş” isə azarkeşləri qarşısında "Kayserispor”la üz-üzə gəlib. El Bilal Turenin 90+5-ci dəqiqədə vurduğu qol "qara qartallar”a minimalhesablı qələbə qazandırıb - 1:0.

Günün son matçında "Göztəpə” öz meydanında "Rizəspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı qarşılaşmada İzmir təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR