Futbol üzrə Türkiyə Superliqasında VIII turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə "Karabükspor"la qarşılaşan "Eskişehirspor" komandası rəqibinə heç bir şans verməyib. Bu görüşdə 5:2 hesabı ilə qələbə qazanan meydan sahibləri xalını 13-ə yüksəldib.
Turun mərkəzi qarşılaşması İstanbulda baş tutub. Burada yerli "Beşiktaş" klubu "Trabzonspor"la qarşılaşıb. Lakin görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan 1 xalla ayrılıblar - 1:1.
Qeyd edək ki, VIII tura bu axşam keçiriləcək "Kayserspor" - "İstanbul BB" matçı ilə yekun vurulacaq.
19 oktyabr
Türkiyə Superliqasında VIII turun oyunları
"Gənclərbirliyi" - "Qalatasaray" – 3:3Qollar:Azofeyfa, 26 (1:0), Bulut, 54 (1:1), Elmander, 58 (1:2), Demir, 66 (2:2), Durmaz, 67 (3:2), Balta, 86 (3:3)
20 oktyabr
"Orduspor" - "Elazığspor" - 2:2Qollar:Faubert, 38 (0:1), Yedek, 59 (0:2), Kaliskan, 71 (1:2), Stanku, 74-pen (2:2)
"Bursaspor" - "Fənərbaxça" - 1:1Qollar:Kesimal, 11-avtoqol (1:0), Sou, 23 (1:1)
"Antalyaspor" - "Sivasspor" - 4:2Qollar:Aissaiti, 9 (1:0), Qrosiçki, 38 (1:1), Promise, 41 (2:1), 86 (4:2), Eneramo, 48 (2:2), Diarra, 57 (3:2)
21 oktyabr
"Eskişehirspor" - "Karabükspor" - 5:2Qollar:Parlak, 7 (0:1), Ateş, 16 (1:1), Kamara, 39 (2:1), 70 (4:1), Potuk, 50 (3:1), Maleçki, 78 (5:1), Özek, 88 (5:2)
"Kasımpaşa" - "Mersin İdmanyurdu" - 2:2Qollar:Nobre, 27 (0:1), Keçeli, 51 (0:2), Viudez, 90 (1:2), Buyuk, 90+2 (2:2)
"Akhisar Bələdiyyəspor" - "Qaziantepspor" - 0:0
"Beşiktaş" - "Trabzonspor" - 1:1Qollar:Sapara, 45 (0:1), Fernandez, 55 (1:1)
22 oktyabr
"Kayserspor" - "İstanbul BB"