Türkiyə Superliqası: ''Fənərbaxça'' yenə büdrədi

İDMAN
08:50 03.12.2012
1256

Futbol üzrə Türkiyə superliqasında XIV turun növbəti oyunları keçirilib.

AZXEBER.COM-un məlumatına görə, üçüncü oyun günündə daha 4 qarşılaşma baş tutub.

Öz meydanında "Sivasspor"la qarşılaşan "İstanbul BB" inamlı qələbə qazanıb. Bu görüşdə 2 cavabsız qolla qələbə qazanan İstanbul təmsilçisi xalını 15-yə yüksəldib.

Səfərdə "Kayserispor"un qonağı olan "Fənərbaxça" klubu rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.

Qeyd edək ki, XIV tura bu axşam keçiriləcək “Gənclərbirliyi” – “Trabzonspor” oyunu ilə yekun vurulacaq.

30 noyabr

Türkiyə superliqasında XIV turun oyunları

“Qalatasaray” – “Qaziantepspor” - 1:1Qollar:S.İbriçiç, 68 (0:1), Burak Yılmaz, 79 (1:1)

1 dekabr

“Karabükspor” – “Elazığspor” - 0:1Qol:Kaloğlu, 73 (0:1)

“Aksihar Bələdiyyəspor” – “Bursaspor” - 2:2Qollar:Asan, 16 (1:0), Fereyra, 58 (2:0), Şestak, 59 (2:1), Vederson, 77 (2:2)

“Orduspor” – “Beşiktaş” - 1:2Qollar:Kabze, 24 (1:0), Toraman, 34 (1:1), Özyakub, 54 (1:2)

2 dekabr

“İstanbul BB” – “Sivasspor” - 2:0Qollar:Holmen, 51 (1:0), Viska, 67 (2:0)

“Antalyaspor” – “Mersinidmanyurdu” - 1:0Qol:Şişmanoğlu, 83 (1:0)

“Eskişehirspor” – “Kasımpaşa” - 2:2Qollar:Kamara, 43 (1:0), Uçe, 72 (1:1), Eser, 79 (2:1), Buyuk, 84 (2:2)

“Kayserispor” – “Fənərbaxça” - 1:1Qollar:Bobo, 84 (1:0), Kuyt, 89 (1:1)

3 dekabr

“Gənclərbirliyi” – “Trabzonspor”

OXŞAR XƏBƏRLƏR