Futbol üzrə Türkiyə Superliqasında "Qalatasaray" "Fənərbağça" ilə qarşılaşıb.
"Report"un məlumatına görə, "Rams Park"da reallaşan XXIV turun oyununda hesab açılmayıb.
Qeyd edək ki, "Qalatasaray" 64 xalla liderdir. "Fənərbağça" 58 xalla ikinci pillədə qərarlaşıb.