Türkiyə Superliqasında V turun növbəti oyunları keçirilib.
AZXEBER.COM-un məlumatına görə, üçüncü oyun günündə daha 3 qarşılaşma baş tutub.
Səfərdə "Elazığspor"un qonağı olan "Bursaspor" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bir xalla ayrılıblar - 1:1.
Son Türkiyə çempionu "Qalatasaray" evdə "Akhisar Bələdiyyəspor"la qarşılaşıb. Rəqibini 3 cavabsız qolla məğlub edən "Cim Bom" liderliyini möhkəmlədib - 3:0.
Qeyd edək ki, V tura bu axşam keçiriləcək "Fənərbaxça" - "Trabzonspor" oyunu ilə yekun vurulacaq.
21 sentyabr
Türkiyə Superliqasında V turun oyunları"Karabükspor" – "Antalyaspor" – 1:0Qol:Özek, 90 (1:0)
22 sentyabr"İstanbul BB" - "Orduspor" - 1:1Qollar:Vebo, 60 (1:0), Stanku, 62 (1:1)"Kayserispor" - "Eskişehirspor" - 3:2Qollar:Bobo, 8 (1:0), 35 (2:0), Atəş, 45 (2:1), Telyoz, 64 (2:2), Muçe, 85 (3:2)"Qaziantepspor" - "Beşiktaş" - 3:2Qollar:Şahan, 15 (0:1), Sosa, 49 (1:1), Almeyda, 67 (1:2), Tosun, 76-pen (2:2), Gülle, 90 (3:2)"Mersin İdmanyurdu" - "Gənclərbirligi - 1:1Qollar:Kulusiç, 44 (0:1), Nobre, 61 (1:1)
23 sentyabr"Elazığspor" - "Bursaspor" - 1:1Qollar:Emreciksin, 44 (1:0), Pinto, 54 (1:1)"Sivasspor" - "Kasımpaşa" - 1:0Qol:Kahekuhe, 45 (1:0)"Qalatasaray" - "Akhisar Bələdiyyəspor" - 3:0Qollar:Yılmaz, 28 (1:0), 58 (3:0), Yıldırım, 35 (3:0)
24 sentyabr"Fənərbaxça" - "Trabzonspor"