Türkiyə Suriya müxalifətinin legitimliyini tanıdı

DÜNYA
09:44 16.11.2012
1189
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyada müxalif koalisiyanın yaradılmasını alqışlayıb və Ankaranın Suriya Milli Şurasının suriyalıların maraqlarının qanuni təmsilçisi kimi tanıdığını bəyan edib.
AZXEBER.COM-un məlumatına görə, bunu BBC yayıb.Qeyd edək ki, bir qədər əvvəl Fransa da Suriyanın müxalifət qüvvələrinin koalisiyasının legitimliyini tanıyıb. Fransa prezidenti Fransua Olland bildirib ki, ölkəsi Suriyaya silah göndərməyə hazırdır. “Bundan əvvəl biz Suriyaya silah göndərmirdik. Çünki onun kimin əlinə keçəcəyindən əmin deyildik”, - Fransa prezidenti deyib.

OXŞAR XƏBƏRLƏR