Türkiyə Suriyada yeni terror təşkilatlarının güclənməsinə icazə verməyəcək, onlarla mübarizəyə davam edəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "A-Haber” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, bunun üçün ölkəsi ABŞ-dan icazə almamalıdır, beynəlxalq hüquq bunu Türkiyəyə icazə verir.
Bundan əlavə, M. Şentop Türkiyənin artıq başqa bir ölkə olduğunu və yeni bir konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb.