Türkiyə dünən gecə Suriyada Bəşşar Əsad tərəfdarlarının Şamdakı Türkiyə səfirliyi, Hələbdəki Baş Konsulluğu və Lazkiyədə Türkiyə Fəxri Konsulluğuna hücum etdiyinə görə bu ölkəyə nota verib.
Xarici işlər nazirliyindən verilən məlumata görə, Türkiyə baş verən bu hadisələri qınayır və Suriya rəhbərliyindən diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasını, hücumu təşkil edənlərə qarşı lazımi addımları atılmasını tələb edir.
Hadisələrlə əlaqədar Suriyanın Ankaradakı nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət edilərək ona nota təqdim edilib.