Türkiyə tankları Suriyaya daxil olub

Türkiyə tankları Suriyaya daxil olub
SİYASƏT
12:38 24.08.2016
1113
Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir.
Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.
OXŞAR XƏBƏRLƏR