Türkiyə tarixinin ən bahalı futbolçusu

Türkiyə tarixinin ən bahalı futbolçusu
İDMAN
14:05 29.03.2018
4206
"Arsenal" Türkiyə milli komandasının oyunçusunu transfer etmək istəyir.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, London klubu alman "Frayburq"un da çıxış edən Çağlar Söyüncünü öz heyətinə qatmaq istəyir.

Daily Mail-in xəbərinə görə, "Arsenal" futbolçunun klubu ilə danışıqlara başlayıb və 30 milyon funt sterlinq təklif etməyi düşünür.

Əgər bu transfer gerçəkləşərsə, Çağlar türk futbol tarixinin ən bahalı transferi olacaq.
OXŞAR XƏBƏRLƏR