Türkiyə Ukraynanın suverenliyini dəstəklədi

Türkiyə Ukraynanın suverenliyini dəstəklədi
DÜNYA
12:00 15.03.2014
804
Türkiyə parlamentinin sədri Ukrayna ilə bağlı danışıb.Türkiyə Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. 
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirliyi xəbər yayıb.Xəbərə görə, Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunsko Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.“Türkiyə Avropanın sərhədlərinin dəyişdirilməsinə qarşı çıxır. Bölgədəki böhranlar siyasi yolla həllini tapmalıdır. Krımdakı vəziyyət sülh danışıqları ilə yoluna qoyulmalıdır”, deyə Cəmil Çiçək bildirib.O, həmçinin qeyd edib ki, Ukrayna Türkiyə üçün önəmli strateji tərəfdaşdır.
OXŞAR XƏBƏRLƏR