DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa zonasında 23 qarşılaşma baş tutub. Millimizin yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da bir sıra maraqlı görüşlər baş tutub. Doğma azarkeşləri önündə Azərbaycan yığması ilə 1:1 hesabı ilə bərabərə qalan İsrail səfərdə Rusiyanın qonağı olub. Eli Qutmanın yetirmələri bu uğursuzluğu unudaraq, meydanı sərfəli nəticə ilə tərk etmək istəyirdi. Amma Rusiya yığması rəqibi 3:1 hesabı ilə məğlub edərək qrup liderliyinə yüksəlib. F qrupundakı digər qarşılaşmada isə Lüksemburq doğma azarkeşləri qarşısında Şimali İrlandiyanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra “cırtdan” ölkə təmsilçisi də Azərbaycan millisini arxada qoyaraq yığmamızı sonuncu pilləyə göndərib. Yeni baş məşqçi Fatih Terimlə ilk oyunda evdə Andorranı (5:0) darmadağın edən Türkiyə millisi növbəti qələbəsini qazanıb. Rumıniyanın qonağı olan “ay-ulduzlular” 2 cavabsız qolla qalib gələrək 3-cü pilləyə yüksəlib.
DÇ-2014ün seçmə mərhələsi 10 sentyabr A qrupu Makedoniya - Şotlandiaya - 1:2 QOL: Kostovski, 84 - Anya, 60, Maloney, 89 Uels - Serbiya - 0:3 QOL: F. Corceviç, 8, A. Kolarov, 34, Markoviç, 55
B qrupu Ermənistan - Danimarka - 0:1 QOL: Daniel Aqqer, 73 Qırmızı vərəqə: V. Haroyan, 73 (Ermənistan) Malta - Bolqarıstan - 1:2 QOL: Herrera, 78 - R. Dimitrov, 9, Emil Qarqorov, 59 İtaliya - Çexiya - 2:1 QOL: Çiellini, 51, Balotelli, 54 (pen.) - L. Kozak, 19
C qrupu Qazaxıstan - İsveç - 0:1 QOL: Z. İbrahimoviç, 1 Farer adaları - Almaniya - 0:3 QOL: P. Metresaker, 23, M. Özil, 74, (pen.), Müller, 84 Qırmızı vərəqə: Atli Qreqersen, 73 (Farer adaları) Avstriya - İrlandiya - 1:0 QOL: D. Alaba, 84
D qrupu Rumıniya - Türkiyə - 0:2 QOL: Burak Yılmaz, 22, Mevlüt Ərdinç, 94 Macarıstan - Estoniya - 5:1 QOL: T. Teniste, T. Haynal, 21, D. Bode, 41, Nemet, 69, Dzsudzsak, 85 - T. Kink, 48 Andorra - Hollandiya - 0:2 QOL: Van Persi, 50, 54
E qrupu Norveç - İsveçrə - 0:2 QOL: Fabian Şar, 12, 51 Kipr - Sloveniya - 0:2 QOL: M. Novakoviç, 12, İliçiç, 80 İslandiya - Albaniya - 2:1 QOL: Birkir, 14, Siqtorsson, 47 - V. Rama, 9
F qrupu Rusiya - İsrail - 3:1 QOL: Berezutski, 50, Kokorin, 52, D. Qluşakov, 74 - E. Zahavi, 90 Lüksemburq - Şimali İrlandiya - 3:2 QOL: A. Yoaçim, 45, Bensi, 78, Yanisç, 87 - Paterson, 14, MakAuley, 82
G qrupu Litva - Lixtenşteyn - 2:0 QOL: D. Matulevisius, 18, T. Tiyanskas, 40 Slovakiya – Bosniya - Hersoqavina - 1:2 QOL: M. Hamsik, 42 - Bikakçiç, 70, Hayroviç, 78 Yunanıstan - Latviya - 1:0 QOL: Salpinqidis, 58
H qrupu San Marino - Polşa - 1:5 QOL: D. Valle, 22 - P. Zielinski, 10, Blaszçzikovski, 23, Sobota, 34, Adrian, 75 Ukrayna - İngiltərə - 0:0
İ qrupu Gürcüstan - Finlandiya - 0:1 QOL: Roman Yeremenko, 74 (pen.) Qırmızı vərəqə: Kanqava, 75 (Gürcüstan) Belarus - Fransa - 2:4 QOL: Filipenko, 32, Kalaçev, 57 - Riberi, 47, 64, Nasri, 70, Poqba, 73