"AVRO-2024" turnirinin 1/16 mərhələsində Türkiyə millisi iyulun 2-sində Avstriya ilə üz-üzə gələcək.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, millilər arasında 18-ci qarşılaşma olaraq tarixə düşəcək.
Bu vaxta qədər keçirilmiş 17 matçın 9-unda Avstriya, 7-sində isə Türkiyə millisinin üzü gülüb. Yalnız bir görüş heç-heçə başa çatıb.
10-u rəsmi, 7-si özəl olan oyunlarda Türkiyənin vurduğu 23 qola Avstriya 24 qolla cavab verib.
Məryəm