Türkiyənin Müdafiə naziri Hulusi Akar və Azərbaycanın Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Nazirlər Qarabağdakı hazırkı vəziyyəti müzakirə edib.
Akar Füzulini işğaldan qurtaran və mülki yaşayış məntəqələrini atəşə tutan Ermənistanın iki SU-25-ni vuran Azərbaycan Ordusunu təbrik edib.
Telefon danışığı zamanı Hülusi Akar azərbaycanlı həmkarına bildirib ki, Ermənistan müharibə cinayəti işlətməyə, atəşkəs və müzakirə çağırışı edənlər isə hücumları uzaqdan izləməyə davam etməkdədir