Türkiyə və Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti Ağdamda səfərdədir.
Qonaqlar səfər zamanı 30 il ərzində törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.
Eyni zamanda din xadimləri Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.
Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadimlərinin iştirak etdiyi səfər iyunun 2-dək davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.
//Report.az