Türkiyə və Misir XİN rəhbərləri Qəzzanı müzakirə edəcək

Türkiyə və Misir XİN rəhbərləri Qəzzanı müzakirə edəcək
DÜNYA
14:50 11.11.2025
97
Sabah Ankarada Türkiyə və Misirin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun həmkarı Bədr Əbdülati Qəzzadakı atəşkəsin növbəti mərhələlərinin icrasını və orada aparılacaq yenidənqurma işlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə atəşkəsə nəzarət məqsədilə Qəzzaya beynəlxalq hərbi kontingent göndərilməsində iştirak etməyə hazır olduğunu bildirib.

İsrail hökuməti isə bir neçə dəfə Türkiyə hərbçilərinin Qəzzaya yerləşdirilməsini qəbul etməyib və bunun baş verməyəcəyini vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR