Türkiyə və Ukraynanın müdafiə nazirləri telefonla danışdı

Türkiyə və Ukraynanın müdafiə nazirləri telefonla danışdı
SİYASƏT
11:59 16.04.2022
500
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar telefon danışığı zamanı atəşkəsin dərhal elan olunmasının vacibliyini bildirib.

Nazir Türkiyə vətəndaşları ilə dinc sakinlərin quru və dənizdən təxliyəsinin təcililiyini qeyd edərək, Ukrayna limanlarında gözləyən Türkiyəyə aid ticarət gəmilərinin təhlükəsizliyi, habelə Türkiyəyə çatdırılmasının təmin edilməsi məsələlərini müzakirə edib.

Həmçinin, H.Akar ölkəsinin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni edəcəyini vurğulayıb.
 
///Baku.ws
OXŞAR XƏBƏRLƏR