Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürdü - FOTO

Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürdü - FOTO
SOSİAL
11:29 03.12.2023
199
Kürdəmir rayonunda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Nuray Kırcı "KİA Optima” markalı nəqliyyat vasitəsi ilə İmişli istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış "Mitsubishi” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini 1972-ci il təvəllüdülü Abdullayeva Natavan Eldar qızını vurub.

Hadisə zamanı zərbənin təsirindən bir neçə metr aralıya düşən piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//report
 

 

 

 


OXŞAR XƏBƏRLƏR