Türkiyə xalqı döyüşə can atır

DÜNYA
14:58 31.07.2015
1192
Ordu rəhbərliyi bəyanat yaydı.
Ölkəmizdə son günlərdə baş verən terror aktları ilə əlaqədar çoxsaylı vətəndaşlarımız Baş Qərargaha müraciət edərək, hərbi xidmətə çağırılmaları və terrorla mübarizədə tapşırıq yerinə yetirmək istədiklərini tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda deyilir.
Bəyanatda qeyd olunur ki, “qəhrəman və həssas övladlarının tələbləri Türkiyə Silahlı Qüvvələrinin məsul şəxsləri tərəfindən təqdirlə qarşılanmış, onları duyğulandırılmış və terrorla mübarizədə daha da həvəsləndirmişdir”:
“Bu ülvi hissləri yaratdığı üçün vətəndaşlarımıza təşəkkür edirik. Türk Silahlı Qüvvələri qəhrəman şəxsi heyəti ilə millətimizin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün terror qruplaşmaları ilə mübarizə baxımından qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib və bundan sonra da tarixinə, özünə yaraşan bir şəkildə yerinə yetirmək iqtidarındadır”.
OXŞAR XƏBƏRLƏR