Türkiyə XİN: "ABŞ-ın PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini gözləyirik"

Türkiyə XİN: "ABŞ-ın PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini gözləyirik"
SİYASƏT
19:32 13.10.2022
200
"Biz ABŞ-ın PKK-YPG terror təşkilatları ilə əlaqələrini kəsməsini gözləyirik".

Bu,Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələrinə uyğun olaraq, Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı regionda sülh və sabitlik mühitini təmin edib:

"Türkiyənin regionda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində PKK-YPG və İŞİD terror təşkilatlarının əməliyyat zonasından çıxarılması təmin edilib. Bu hərəkat eyni zamanda Suriyanın da ərazi bütövlüyünün qorunmasına töhfə verib. Biz isə ABŞ-dan PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini, onlara olan dəstəyini dayandırmasını və 17 oktyabr 2019-cu il tarixli Birgə Bəyanatın müddəalarını yerinə yetirməsini gözləyirik".
OXŞAR XƏBƏRLƏR