Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək

SİYASƏT
13:52 25.12.2024
109
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin "X” hesabında məlumat yayılıb.

Məlumatda qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə tezliklə şəfa dilənib.

"Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək”, - deyə vurğulanıb.

OXŞAR XƏBƏRLƏR