Türkiyə XİN Bakının azad olunması ilə bağlı BƏYANAT YAYDI

Türkiyə XİN Bakının azad olunması ilə bağlı BƏYANAT YAYDI
Siyasət
11:29 15.09.2018
3527
Türkiyənin Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik bəyanatı yayıb.

AZXEBER.COM-un məlumatına görə, bəyanatda bildirilir ki, qardaş ölkə olan Azərbaycan müstəqilliyini ilk dəfə 1918-ci ildə elan etməsindən dərhal sonra Osmanlı imperiyasından kömək istəyib və Nuri Paşanın (Killigil) komandanlığı ilə Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun köməyi ilə Bakı işğalçılardan təmizlənib: "Bu gün Bakının azad olunmasının 100 illiyi qeyd olunur. Bakının azad olunması o dövrdə paytaxtın Gəncədən Bakıya köçürülməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin yolunu açıb və Azərbaycanın bugünkü sərhədlərinin müəyyən edilməsinin təməlini qoyub. I Dünya müharibəsinin son aylarında seçmə əsgərlərdən ibarət Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna əhəmiyyətə malikdir”.

Bəyanatda qeyd olunub ki, Bakının işğaldan azad olunmasının 100-cü ildönümü vacib əhəmiyyətə malikdir. Bu münasibətlə sentyabrın 15-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir keçiriləcək: "Tədbirdə Türk Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə çıxış edəcəklər. Bütün Azərbaycan xalqını Bakının işğaldan azad olması münasibəti ilə bir daha təbrik edir, bu uğurda həyatlarını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət, ehtiram və rəhmətlə yad edirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq