Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək
SİYASƏT
13:33 22.08.2023
186
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan avqustun 25-də Ukraynaya ilk səfərini edəcək.

Məlumata görə, nazir əvvəlcə avqustun 23-24-də İraqa, daha sonra Ukraynaya səfər edəcək və burada, əsasən, "Taxıl sazişi” ətrafında vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi hələlik bu səfərlə bağlı rəsmi açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR