Türkiyə XİN-ə çağırılan səfirlərə nə deyilib? – Nazir AÇIQLADI

Türkiyə XİN-ə çağırılan səfirlərə nə deyilib? – Nazir AÇIQLADI
DÜNYA
11:39 03.02.2023
269

İstanbuldakı konsulluqlarını bağlayan ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bildirilib ki, diplomatik nümayəndəliklərin işini dayandırması üçün istifadə edilən Türkiyədə mümkün terror aktları təhlükəsi amili bəhanə kimi qiymətləndirilir və terrorçu təşkilatların maraqlarına xidmət edir.

Türkiyə Xarici İşlər Nazirliyində səfirlərə "Diplomların təhlükəsizliyi beynəlxalq konvensiyalara görə təmin edilir. Konsulluğun bağlanması terror gündəminə xidmət edir" deyildiyi öyrənilib.

Konsulluqların bağlanması ilə bağlı daxili işlər naziri Süleyman Soylu "Türkiyəyə qarşı psixoloji müharibə aparılır. Hər şey çox açıq və aydındır, - açıqlamasında bildirib.

AK Partiya sözçüsü Ömər Çelik də məsələ bağlı fikrini bildirib: "Bu məsuliyyətsizlik qəbuledilməzdir. Türkiyə təhlükəsiz ölkədir. Təhlükəsizlik güclərimiz və kəşfiyyat bölmələrimiz iş başındadır".

Qeyd edək ki, İstanbuldakı konsulluqlarını müvəqqəti bağlayan ölkələr arasında Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Nİderland, ABŞ, Fransa, İsveçvə İsveçrə var.

Ayşən

OXŞAR XƏBƏRLƏR