Türkiyə XİN: İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinə basqınını qınayırıq

Türkiyə XİN: İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinə basqınını qınayırıq
DÜNYA
11:44 05.04.2023
184
Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin dünən gecədən etibarən Əl-Əqsa məscidinə basqın etməsini, onun müqəddəsliyini və tarixi status-kvonu pozaraq çoxlu sayda fələstinli vətəndaşı həbs etməsini qınayır.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, mübarək Ramazan ayında Əl-Əqsada namaz qılanlara qarşı bu hücumlar heç bir şəkildə qəbuledilməzdir: "Artıq bölgəyə, xüsusən də Qəzzaya yayılan gərginlikdən çox narahatıq. İsrail hökuməti bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək bütün təxribatları, hərəkətləri və hücumları dərhal dayandırmalıdır”.
OXŞAR XƏBƏRLƏR