Qərbdə sülh və dialoq çağırışları yox həddindədir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dialoq çağırışlarına ehtiyac var: "Bu çağırışlar, müzakirələr toqquşmaların, o cümlədən Ukraynadakı müharibənin dayandırılmasında rol oynaya bilər. Ən azından çağırışlar olmalıdır”.