Türkiyə XİN: Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq

DÜNYA
13:38 24.02.2025
181
Türkiyə öz ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır.

Bunu ölkənin xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma münaqişənin hər iki tərəfinin - Rusiya və Ukraynanın iştirakı ilə həyata keçirirlməlidir.

"Biz hər cür dəstək göstərməyə, sülh danışıqlarını qəbul etməyə hazırıq. Sülh nizamlanmasına təcili ehtiyac var", - H.Fidan qeyd edib.
 
//Report
OXŞAR XƏBƏRLƏR