Türkiyə XİN: Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib

SİYASƏT
09:33 26.02.2024
173
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun "X” hesabında paylaşım edilib.
 
"26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - paylaşımda bildirilib.
OXŞAR XƏBƏRLƏR