Aralıq dənizinin Antalyanın Qazipaşa rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
Bildirilir ki, Türkiyə vaxtı ilə saat 07:32-də baş verən zəlzələ 67 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və insan itkisi barədə məlumat verilməyib.