Türkiyə yeni qatarlar ayırdı - Vətəndaşlarını təxliyə etmək üçün!

Türkiyə yeni qatarlar ayırdı - Vətəndaşlarını təxliyə etmək üçün!
DÜNYA
16:14 28.02.2022
405
Ukraynadakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün qatar ayrılıb.

AZXEBER.COM xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik Ukraynadan təxliyə ediləcək Türkiyə vətəndaşları üçün qatar ayrıldığını açıqlayıb. 

O, bununla bağlı Türkiyə vətəndaşlarına xəbərdarlıq edib:

"Vətəndaşlarımızı təxliyə etmək üçün ayrılmış qatar bu gün saat 20:00-da Xarkovdan Rumıniya sərhədi yaxınlığındakı Çernivtsi şəhərinə yola düşəcək. Bütün vətəndaşlarımızın komendant saatı başlamazdan əvvəl təhlükəsizliklərinə maksimum diqqət yetirərək, saat 15:00-a qədər Xarkov qatar stansiyasına çatacaq”.

Ayşən
OXŞAR XƏBƏRLƏR