9 vilayətdə terror təşkilatını maliyyələşdirənlərə qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin bölgəsində baş verib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə Polis qrupları DEAŞ silahlı terror təşkilatının maliyyə mənbələrinin üzə çıxarılması, deşifrə edilməsi və fəaliyyətinin qarşısının alınması istiqamətində işlərə başlayıb.
Araşdırmada 13 şübhəlinin terror təşkilatını maliyyələşdirdiyi müəyyən edilib. Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında Mersin mərkəzli Kahramanmaraş, İstanbul, Konya, Hatay, Kayseri, Van, Bitlis və Karamanda şübhəlilərə qarşı eyni vaxtda əməliyyat təşkil edilib.
Aparılan axtarış zamanı 13 şübhəli saxlanmaqla yanaşı, bir silah və çoxlu sayda material və sənəd ələ keçirilib.
Şübhəlilərin dindirilməsi davam edir.
Oksana