Türkiyədə 15 şagird qidadan zəhərlənib

Türkiyədə 15 şagird qidadan zəhərlənib
DÜNYA
23:17 24.10.2025
59
Türkiyənin paytaxtı Ankara şəhərində bir məktəbdə oxuyan 15 şagird zəhərlənib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Onların qidadan zəhərləndikləri ehtimal olunur.

Şagirdlərdə ürək bulanma müşahidə edilib.

Xəstəxanaya yerləşdirilən şagirdlərinin vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

/report
OXŞAR XƏBƏRLƏR