Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı

Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
DÜNYA
11:29 11.08.2025
178
Çanaqqalanın Ayvacık rayonu açıqlarında Sahil Təhlükəsizlik Komandanlığı əməkdaşları tərəfindən rezin qayıqlarda olan 18-i uşaq olmaqla, ümumilikdə 32 qanunsuz immiqrant saxlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Sahil Təhlükəsizlik Komandanlığı əməkdaşları Ayvacık sahillərində qanunsuz miqrantların olduğunu müəyyən edərək əraziyə cəlb olunub.
 
Sahil Təhlükəsizlik Gəmisinin "KB-208” nömrəli heyəti hərəkətdə olan rezin qayıqda 18-i uşaq olmaqla, 32 qanunsuz immiqrantı saxlayıb.

Qanunsuz miqrantlar əməliyyat tamamlandıqdan sonra Ayvacık rayonundakı Miqrantların İlkin Qəbul və Göndərmə Mərkəzinə təhvil verilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR