Polisin keçirdiyi əməliyyatda 21 mühacir yaxalanıb, təşkilatçı olmaqda şübhəli bilinən şəxs həbs edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar Türkiyənin Tekirdağ bölgəsində baş verib.
Saxlanılan avtomobildə aparılan yoxlama zamanı qeyri-qanuni yollarla Avropa ölkələrinə getməyə cəhd edən ümumilikdə 21 immiqrant, 11 Əfqanıstan, 9 İran və 1 Banqladeş vətəndaşı yaxalanıb.
Nəqliyyat vasitəsinin sürücüsü A.Ö. adlı şəxs immiqrant qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Əməliyyatlardan sonra miqrantlar İmmiqrasiya İdarəsinə təhvil verilib.
Əvvəllər miqrant qaçaqmalçılığına görə axtarışda olan A.Ö., gətirildiyi ədliyyədə həbs edilib.
Oksana