Türkiyədə 22 vilayətdə terror əməliyyatı keçirildi: 179 nəfər saxlanıldı

Türkiyədə 22 vilayətdə terror əməliyyatı keçirildi: 179 nəfər saxlanıldı
DÜNYA
16:26 14.02.2024
126
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya təhlükəsizlik qüvvələrinin eyni vaxtda həyata keçirdiyi "BOZDOĞAN-1” əməliyyatlarında 179 terror təşkilatı üzvünün ələ keçirildiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyədə terrorla mübarizə səngimədən davam edir.

Bu çərçivədə ölkənin kənd yerlərində və şəhər mərkəzlərində əməliyyatlar təşkil edilir.

Polis qrupları 22 vilayətdə eyni vaxtda hərəkətə keçib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatı aşağıdakı açıqlamalarla izah edib:

"22 vilayətdə separatçı terror təşkilatına (BTÖ) qarşı eyni vaxtda həyata keçirilən "BOZDOĞAN-1” əməliyyatlarında 179 şübhəli tutulub”.

Ayşən
OXŞAR XƏBƏRLƏR