Türkiyədə 28 yaşlı gənc dayısını öldürdü

Türkiyədə 28 yaşlı gənc dayısını öldürdü
DÜNYA
17:00 25.08.2025
196
Türkiyənin Hacımuslu bölgəsində qan donduran hadisə baş verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd sakini, 28 yaşlı E.Y. adlı şəxs polis şöbəsinə gedərək dayısı, 41 yaşlı Murat Aygeni ov tüfəngi ilə qətlə yetirdiyini etiraf edib. O, cinayəti 20 avqustda törətdiyini və meyiti kənddəki metruk evlərin birində basdırdığını bildirib.

E.Y.-nin ifadəsindən sonra polis əməkdaşları göstərilən ünvanda axtarış aparıb və aparılan qazıntı nəticəsində itkin düşmüş kimi axtarılan Murat Aygenin meyiti tapılıb.

Cinayətlə bağlı araşdırma davam etdirilir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR