Türkiyədə 3 uşaq anası boğularaq öldürülmüş vəziyyətdə tapıldı

Türkiyədə 3 uşaq anası boğularaq öldürülmüş vəziyyətdə tapıldı
DÜNYA
13:57 30.05.2025
342
3 uşaq anası Asiye Baytap (25 yaş) adlı qadın evində boğularaq öldürülmüş halda tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Qaziantep  bölgəsində baş verib.
 
Rayondakı məktəblərdən birində təmizlik edən Asiye Baytapdan xəbər ala bilməyən yaxınları vəziyyəti 112 Təcili Zəng Mərkəzi qruplarına bildirib. Günorta saatlarında evə daxil olan qruplar Asiye Baytapın cansız cəsədini yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
 
Ekspertiza Baytapın boğularaq öldürüldüyünü müəyyən edib. 3 uşaq anası Asiye Baytapın cansız bədəni yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
 
Çox sayda adam şübhəli olaraq nəzarətə alınıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR