Türkiyədə 4 vilayətin bələdiyyə sədri qadın oldu

DÜNYA
11:13 31.03.2014
889

Sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olacaq

Türkiyədə ötən gün keçirilən bələdiyyə seçkisində 4 vilayətin qadın namizədi öz qələbəsini elan etdi. ANS PRESS-in xəbərinə görə, namizədlərdən 2-si Sülh və Demokratiya Partiyasının (BDP), 1 nəfəri hakim AKP-nin, digəri isə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir.
AKP-nin namizədi olan sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olacaq.
Aydın vilayətindən seçilən CHP-nin namizədi Özlem Çerçioğlu artıq bu vəzifəni ikinci dəfə icra edəcək. Çerçioğlu bndan əvvəlki seçkidə də Aydının bələdiyyə sədri seçilmişdi.
BDP-nin həmsədri və bu partiyadan milət vəkili olmuş Gülten Kışanak Diyarbəkirin, həmin partiyanın digər namizədi Dilek Hatipoğlu Hakkarinin bələdiyyə sədri seçilib.
OXŞAR XƏBƏRLƏR