Türkiyədə 40 min azərbaycanlı tələbə təhsil alır - Suriyadan sonra ikinci yerdəyik

Türkiyədə 40 min azərbaycanlı tələbə təhsil alır - Suriyadan sonra ikinci yerdəyik
SOSİAL
02:28 11.07.2024
392
2023-2024-cü tədris ilində Türkiyə universitetlərində toplam  336 min 366  xarici tələbə təhsil alıb. 

AZXEBER.COM xəbər verir ki, bu haqda YÖK (Yüksək Öğretim Kurumu) məlumat yayıb.

Məlumata görə, xarici tələbələrdən 40 min 354-ü azərbaycanlıdır. 

Türkiyədə təhsil alan xarici tələbələrdən 194.076-ı kişi, 142.290-ı isə qadın olub. 

Ali təhsil almaq üçün 15 ölkənin: Azərbaycan, İran, İraq, Fələstin, Bolqarıstan, Sudan, Özbəkistan, Niderland, Somali, Əfqanıstan, Misir və Türkmənistanın nümayəndələri müraciət edib. 
Türkiyədə ən çox suriyalı tələbə təhsil alır. Onların sayı 60 min 750-dir.

Statistika göstəricilərinə əsasən,  ötən ilə nisbətən bu il xarici tələbələrin Türkiyəyə axınında 12% artım müşahidə olunub. Belə ki, 2022-2023 tədris ilində Türkiyədə 301.694 tələbə təhsil alıb.  

Gənclərin əksərən müraciət etdiyi universitetlər bunlardır: İstanbul Medipol Universiteti, İstanbul Bahçeşehir Universiteti, Altınbaş Universiteti, Nişantaşı Universiteti, İstanbul Gelişim Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Yeni Yüzyıl Universtiteti, İstanbul Topkapı Universiteti, İstanbul Esenyurt Universiteti, İstinye Universiteti, Üsküdar Universiteti, Ostim Texniki Universiteti. 

Qeyd edək ki,  Türkiyənin ümumilikdə 208 ali təhsil müəssisəsində 7 milyondan çox tələbə təhsil alır. 

 


Oksana
OXŞAR XƏBƏRLƏR