Türkiyənin qərbində 4.9 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Balıkesir vilayətindən 58 km cənub-şərqdə, ocağı isə 8 km dərinlikdə yerləşib.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.