Türkiyədə 5 nəfərdə meymunçiçəyi aşkarlandı

Türkiyədə 5 nəfərdə meymunçiçəyi aşkarlandı
DÜNYA
14:24 02.08.2022
340
Türkiyədə meymunçiçəyi xəstələrinin sayı 5-ə yüksəlib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin dünənki iclasından öncə gündəmlə bağlı jurnalistlərə açıqlama verib.

O, açıqlamasında "Ölkəmizdə indiyədək 5 meymunçiçəyi virusu aşkarlanıb. Bu 5 xəstə xəstəxanalarda müalicə alır. 4 pasiyentimiz tam sağalaraq evə buraxılıb. Xəstələrimizdən biri təcridxanadadır. Onların səhhətləri yaxşıdır, heç bir problem yoxdur”, - deyə bildirib.

Fahrettin Koca meymunçiçəyinin Türkiyə üçün risk və ya qlobal pandemiya riski olmadığını bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR