Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

Türkiyədə 5,1 bal gücündə zəlzələ olub
DÜNYA
02:41 09.11.2021
479
Türkiyənin Konya vilayətinin Meram rayonunda 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.

AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Ocağı yerin 10,61 kilometr dərinliyində olan zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
OXŞAR XƏBƏRLƏR