Türkiyədə 54 şagird qidadan zəhərləndi

Türkiyədə 54 şagird qidadan zəhərləndi
DÜNYA
19:22 22.11.2025
78
Türkiyədə 54 şagird qidadan zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR