Türkiyədə 6 kilo 150 qram çəkisində uşaq dünyaya gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə, 2024–2025-ci illər üzrə aparılan müşahidələrdə ölkənin ən uzun və ən ağır körpəsi kimi qeydə alınıb.
Ali Atilla adı verilən körpənin çəkisi 6 kilo 150 qram, boyu isə 59 santimetr olub. Körpə hamiləliyin 37-ci həftəsində doğulub.
Şahanə Ziyad








































