Qeyri-qanuni yollarla xaricə getməyə hazırlaşan 25-i uşaq olmaqla 62 immiqrant saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir bölgəsində baş verib.
Fevralın 26-da saat 16:00 radələrində bir qrup mühacirin olması barədə məlumat aldıqdan sonra polislər hərəkətə keçib. 25-i uşaq olmaqla 62 mühacir aşkar edilərək, təyin olunmuş Sahil Mühafizə katerləri ilə yaxalanıb.
Əfqanıstan, Misir, Mərkəzi Afrika, Fələstin və Keniyadan olduqları təsbit edilən mühacirlər sağlamlıqları yoxlanıldıqdan sonra nəzarətə götürülüblər.
Oksana