Türkiyənin İzmir şəhərində amerikalı hərbçini təhqir edən şəxslər saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni sosial şəbəkədə yayan Türkiyə Gənclər Birliyinin üzvlərindən də 15 nəfər saxlanılıb.
Qeyd edək ki, təşkilat rəsmi səhifəsində sözügedən videonu bu sözlərlə paylaşaraq gənclərin hərəkətini dəstəklədiklərini bildirib:
"Əsgərlərimizin və minlərlə fələstinlinin qanını əllərində daşıyan ABŞ əsgərləri ölkəmizi çirkləndirə bilməz. Bu torpaqlara hər addım atdığınızda sizi layiq olduğunuz kimi qarşılayacağıq".
Onu da əlavə edək ki, ABŞ-nin Türkiyədəki səfirliyi məsələnin böyüməsinin qarşısını alaraq gənclərin tez zamanda tapılıb həbs edilməsinə görə Türkiyəyə təşəkkür edib.
Cəmalə