İstanbulda ata arvadına bıçaq çəkən oğlunu bıçaqlayaraq öldürüb.
AZXEBER.COM Haberler.com-a istinadən xəbər verir ki, hadisə saat 22:00 radələrində Osmanqazi rayonu, Esenyurt küçəsində yerləşən 3 mərtəbəli binada baş verib.
Deyilənə əsasən, Umut Erkut adlı şəxs naməlum səbəbdən həyat yoldaşı ilə mübahisə edib, daha sonra isə bıçaq çəkib. Bunu eşidən Umutun atası Mustafa Erkut oğlunun yaşadığı 3-cü mərtəbədəki mənzilinə gedib və oğlu ilə mübahisə etməyə başlayıb.
Daha sonra atası tərəfindən bıçaqlanan Umut Erkut çarəsiz halda bina boşluğuna enməyə çalışıb. Umut Erkut birinci mərtəbədə qanlar içində yıxılaraq həyatını itirib.
Xəbər verildikdən sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Şübhəli ata polisı təslim olduqdan sonra nəzarətə alınıb. Polis hadisə yerində araşdırma aparıb.
Mikayıl